Qapalı Sahə Nədir?
Ümumiyyətlə, Qapalı Sahələr bağlı və ya qismən bağlı sahələrdir ki:
Yerləşdiyi yerə, ölçüsünə və ya qurğularına görə məhdud giriş və çıxışı olan;
Havalandırması və işıqlandırması zəif olan;
İnsanların uzun müddət fəaliyyət göstərməsi üçün nəzərdə tutulmayan;
İnsanın bədənin tam daxil olması üçün yetəri qədər geniş olan;
Alışqan və ya toksik maddələrin mövcud olma ehtimalı;
Oksigen çatışmazlığı olan mühit;
Oksigenlə zənginləşmiş mühit;
Bərk cisimlərin və ya mayelərin içəri keçməsi;
Həddən artıq eksterminal temperaturun mövcud olduğu yerlər.
Hər il dünyada müxtəlif istehsalat sahələrində mürəkkəb qurğulardan tutmuş saxlanma çənlərinədək qapalı sahələrdə çoxlu sayda insan tələf olur. Bundan əlavə, bir çox insan da ciddi xəsarət alır. Ölənlərin sırasına təkcə qapalı sahədə çalışanlar deyil, həmçinin onları xilas etməyə çalışan, lakin xüsusi təlim keçməmiş və müvafiq avadanlığa malik olmayan şəxslər (60%-dək) də daxildir. Təhlükəsiz iş sisteminin tələblərinə görə Qapalı sahələrdə işlər səlahiyyətli şəxslər (xüsusi təlim keçmiş və təcrübəli) tərəfindən həyata keçirilməlidir.
G&I Training Academy sizlərə Qapalı sahəyə Giriş üzrə Beynəlxalq standartlar (Safe work in confined spaces Confined Spaces Regulations 1997) əsasında hazırlanmış təlim təklif edir.
Təlimin məqsədi: Qapalı Sahədə baş verə biləcək təhlükələr onların mənbələri və bu cür sahələrdə çalışarkən zədə və xəsarətlərin qarşısını almaq üçün səmərəli təhlükəsizlik tədbirlərinin necə həyata keçirilməsi barədə ümumi anlayış vermək.
Təlim kimlər üçün nəzərdə tutulub: Qapalı Sahələrə giriş əməliyyatlarına cəlb edilə biləcək bütün personal üçün nəzərdə tutulmuşdur.
Təlim kursunu bitirdikdən sonra aşağıdakıları öyrənəcəksiniz:
Qapalı Sahədə baş verə biləcək təhlükələr onların mənbələri
Qapalı Sahədə işləmək üçün tələblər
Ehtiyyat tədbirlərinin görülməsi
Mövzular:
Giriş
Qapalı Sahə nədir
Qapalı Sahələrdəki Təhlükələr
Enerjinin təcrid olunması
Qapalı Sahədə çalışan işçilərin və digər səlahiyyətli şəxslərin öhdəlikləri
Qapalı Sahədə işin icrasına icazə
Qapalı Sahədə işləmək üçün tələb olunan sənədlər
Qapalı Sahə üzrə nəzarət tədbirləri
Havanın yoxlanması
Fövqəladə Hallar və Xilasetmə işlərinin təşkili
Təlimin yekunu və Qiymətləndirmə
Təlim müddəti: 1 gün
Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.
Sertifikatın etibarlılıq müddəti: 3 il